Input your search keywords and press Enter.

Festivala film qəbulu başladı

14, 15,16,17  noyabr tarixlərində Bakıda keçiriləcək 9.“START” Beynəlxalq Qısa Filmlər Festivalında filmlərin qəbuluna start verildi.

Filmlər iki əsas – BEYNƏLXALQ və YERLİ müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə olaraq keçirilən “Cinemobil” mobil filmlərin müsabiqəsində yarışacaqlar.

BEYNƏLXALQ və YERLİ müsabiqəyə yaşı 35 –dən çox olmayan rejissorlar bədii, sənədli, cizgi və eksperimental filmlərini təqdim edə bilərlər. Bunun üçün iştirak edəcəkləri müsabiqə proqramını seçib, www.filmfestival.az saytında ona uyğun yerləşdirilmiş iştirak blankını doldurmalıdırlar.

YERLİ müsabiqədə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər, Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı yerli rejissorlar da iştirak edə bilərlər.

Təqdim olunan filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. YERLİ müsabiqədən fərqli olaraq BEYNƏLXALQ müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.

Müsabiqələrdə iştirak edəcək filmlərin siyahısı www.filmfestival.az saytında yerləşdiriləcək.

YERLİ müsabiqə haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://filmfestival.az/yerli-musabiq%C9%99/

BEYNƏLXALQ müsabiqə haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://filmfestival.az/beyn%C9%99lxalq-musabiq%C9%99/

“Cinemobil” müsabiqəsi haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://filmfestival.az/onlayn-musabiq%C9%99/