Input your search keywords and press Enter.

9.“START”da “Azərbaycan kinosu 120”

Bu il Azərbaycan kinosunun 120-ci ildönümüdür. 1898-ci ildə istehsal olunan ilk filmlər fotoqraf və nasir Aleksand Mişon tərəfindən çəkilmiş xronika süjetləri və “İlişdin” bədii kinosüjetindən ibarət olub.

Azərbaycan kinosunun əlamətdar hadisələrinə hər zaman həssaslıqla yanaşan “START” bu dəfə də ənənəsinə sadiq qalacaq. Beləki, 14-17 noyabr tarixlərindən Bakıda keçiriləcək  9.”START” Beynəlxalq Qısa Filmlər Festivalında Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş xüsusi proqram təşkil olunacaq.

Proqram çərçivəsində Azərbaycan filmlərinin afişa, plakatları sərgilənəcək, kinoya aid kitab və jurnalların satışı həyata keçiriləcək. Amma sürprizlər bununla da bitməyəcək.

Festival yeniliklərindən xəbərdar olmaq üçün www.filmfestival.az saytı ilə yanaşı sosial media hesablarımızı da izləyə bilərsiniz.

 

https://www.facebook.com/filmfestival.az
https://twitter.com/start_film
https://www.instagram.com/startfilmfestival/