Input your search keywords and press Enter.

“Əsas mükafat yox, iştirak etməkdir”

Ötən həftə Nizami Kino Mərkəzi  “START” Gənclərin 8-ci Beynəlxalq Film Festivalına ev sahibliyi etdi.  Noyabrın 28-dən 30-una qədər 3 gün  davam edən festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və «Sinema» Gənc Kinematoqrafçılar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Festivalda 20 ölkədən təqdim olunan 250-dən çox film arasından seçilən 85 film nümayiş etdirilib.
Festivalda “Ayın Yüksəlişi” adlı filmi ilə iştirak edən və «Sinema» Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatına layiq görülən Ukraynalı rejissor Yelena Maksimenko bu festivala qatılmaqda məqsədinin filmini Azərbaycan tamaşaçılarına göstərmək olduğunu deyir. O, bizə filmi haqqında da məlumat verir.
Yelena Maksimenko:
–         Mənim filmim fransız yazıçı və rejissor Serj Hensburqa həsr olunur. Yaradıcılığının parlaq dövrünü fransada keçirsə də o ukrayna əsillidir.o həqiqətən çox bacarıqlı insandır və ona görə də “Ayın yüksəlişi” adlanan öz filmimi Serj Hensburqa həsr etmişəm.
29 yaşlı gənc azərbaycanlı rejissor Seyran Mahmudoğlu isə festivalda “Neftin adamı” filmi ilə iştirak edirdi. Çəkiliş zamanı maliyə və digər çətinliklərinin olduğunu bildirən Seyran bəy bu filmi Azərbaycan neftini və rəssamını xaricdə tanıtmaq üçün çəkdiyini qeyd edir.
Seyran Mahmudoğlu ilə müsahibə zamanı
Seyran Mahmudoğlu:
–         Bu sənədli filmdi, biz onu xüsusi qurma ilə eləmədik, müşahidə janrında işlədik. Bunun üçün də bizə çox böyük bir müddət lazım oldu, hardasa 2-3 ay ərzində filmi çəkmişik. Baş verən hadisələrin hər biri təbiidi.
O, bu festivalda heç bir nominasiya üzrə yer qazanmasa da, bugünə qədər filminin bir çox xarici festivallarda iştirak etdiyini və qalib olduğunu bildirir.  Seyran bəy onu da əlavə edir ki, əsas mükafat yox, tamaşaçıların filmi bəyənməsidir.
Seyran Mahmudoğlu:
–         Hələki biz filmi göstərdiyimiz auditoriyalarda maraqla qarşılanıb. Bizim üçün önəmli olan budur. Ən əsası tamaşaçıdır, onlar filmə baxırlar heç bilmirlər bunu kim işləyib kim çəkib, onların reaksiyasından bilinir film yaxşıdı ya pis.
Festivalın ən yaxşı bədii film nominasiyası üzrə qalibi isə “Hekayə həyatdan götürülüb…” qısametrajlı filmi ilə türkiyəli gənc rejissor Kərim Kəskin olub. Bizimlə təsuratlarını bölüşən qalib bu filmlə indiyə qədər 50 festivala qatıldığını və müxtəlif nominasiyalar üzrə 18 dəfə mükafat aldığını deyir. O, həmiçinin, filmi necə çəkdiyi haqqında da geniş məlumat verir.
Kərim Kəskin:
–         Çox çətinliklərimiz oldu, tələbəydim filmi çəkərkən, bu mənim bitirmə layihəmdi, mən bu filmlə universititeti bitirdim . Çox çətin oldu, qışda çəkdik. Çox uzun vaxt hazırlaşdıq, təxmini 2 ay. Mekan baxdıq, –5, -10 dərəcələrdə çəkdik, hava çox soyuq idi. Və tələbə olaraq film çəkmək çox çətindir Türkiyədə.
“Cinema” Mərkəzinin rəhbəri Fehruz Şamiyev bu festivalın əvvəlki festivallardan fərqləndiyini, həm auditoriya, həm də filmlərin keyfiyyəti baxımından inkişafın olduğunu bildirir. O, həmçinin festivalda mükafatın yox, iştirak etməyin əsas olduğunu qeyd edir.
Fehruz Şamıyev:
–         Pul mükafatını aldı, sabahda getdi xərclədi, yedi, qurtardı , sonra? Amma, bu festivalda qalib gələndə  o, başqa hansısa festivalda iştirak edəndə, hansısa şirkətə müraciət edəndə deyirlər ki, “START” Film Festivalından artıq bu adam mükafat alıb, filan nominasiyanın qalibidir. Bu ad onun həmişə ömrü boyu cv-də yazılacaqdır. Əsas məsələ burda gənclərin situmul məsələsidi, keyfiyyətə yönəltmək məsələsidir onları.

“Əsas mükafat yox, iştirak etməkdir”