Son qəbul tarixi: 05 oktyabr, 2018
  • Festivalın Beynəlxalq müsabiqə bölməsində müxtəlif ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər;
  • Müsabiqə bədii, sənədli, cizgi və eksperimental kino nominasiyalarını əhatə edir;
  • Müsabiqədə iştirak etmək üçün  www.filmfestival.az  saytında yerləşdirilmiş  iştirak ərizəsi  doldurulmalıdır;
  • Filmlərin linklərini həmçinin startfestival@gmail.com e-mail ünvanına da göndərə bilərsiniz;
  • Təqdim olunan filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır;
  • Filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilinə tərcümə edilərək yazılı formatda təqdim olunmalıdır;
  • Beynəlxalq müsabiqə bölməsinə film təqdim edən yerli rejissorlar eyni filmi Yerli müsabiqə bölməsinə təqdim edə bilməz;
  • Filmlərin son qəbul tarixi – 05 oktyabr, 2018-ci il;
  • Təqdim olunan filmlər Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir;
  • Müsabiqəyə qatılacaq filmlərin siyahısı www.filmfestival.az saytında yerləşdiriləcək;
  • Beynəlxalq müsabiqədə “QIZIL NAR” mükafatı uğrunda mübarizə aparacaq filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək;
  • Müsabiqə qaliblərinə bu nominasiyalar üzrə “QIZIL NAR” və pul mükafatı təqdim ediləcək:
– Ən yaxşı bədii film
– Ən yaxşı sənədli film
– Ən yaxşı animasiya filmi
– Ən yaxşı eksperimental film
– Münsiflər heyətinin xüsusi mükafatı
  • Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.

 

 

 

  Deadline: 05 October, 2018

 

• Directors, 35 years old or younger, who are from different countries or the citizens of the Republic of Azerbaijan may participate in the International Competition section of the festival;
• The competition covers nominations for feature films, documentaries, animated movies and experimental films;
  • To participate in the competition, a participation form placed on www.filmfestival.az website must be filled out;
  • The films submitted should be the production of 2017 – 2018, and their chronometers should not exceed 35 minutes;
  • Links and synopsis (in English) of the films are sent via the Internet (E-mail: startfestival@gmail.com);
  • Films should be sent in English with subtitles or audio translation. In addition, the dialogue and the text of each film should be translated into English and presented in writing;
  • The deadline for the submission of the films is 05 October, 2018;
  • The films submitted are reviewed and included in the competition program by the Selection Commission consisting of the three people appointed by the Organizing Committee;
  • The list of films included in the competition will be posted on www.filmfestival.az website;
  • The international jury consisting of five members will evaluate the films competing for the GOLDEN POMEGRANATE Award in the International Competition;
  • The winners of the contest will be presented with “GOLDEN POMEGRANATE” award and prize money on these nominations:
– The best feature film
– The best documentary
– The best animated movie
– The best experimental film
– The special prize of the jury
  • Awards will be presented at the closing ceremony of the festival.