Son qəbul tarixi: 10 oktyabr 2018-ci il
  • Müsabiqədə 35 yaşa qədər olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər;
  • Müsabiqə onlayn rejimdə keçirilir;
  • Müsabiqə sənədli, bədii film kateqoriyaları üzrə aparılır;
  • Filmlər yalnız mobil telefon, planşet vasitəsilə çəkilməlidir;
  • Mobil çəkiliş vasitəsinin videonu avtomatik redaktə etmə imkanından istifadə edilməməlidir. İstənilən montaj, videoredaktə proqramlarından istifadə etmək olar;
  • Filmin xronometrajı titrlər və musiqi daxil olmaqla 3 dəqiqədən artıq olmamalıdır;
  • Bir müəllif  2  film təqdim edə bilər;
  • Müəllif müsabiqəyə qatılmaq üçün www.filmfestival.az saytında yerləşdirilmiş iştirak blankını doldurmalıdır;
  • Filmlərin linklərini həmçinin startfestival@gmail.com e-mail ünvanına da göndərə bilərsiniz;
  • Seçim Komissiyası təqdim olunan filmlər arasından 10 film seçərək onları əsas müsabiəqəyə daxil edəcək.
  • Əsas müsabiqədə iştirak edəcək 10 film www.filmfestival.az  saytında yerləşdiriləcək;
  • Qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək;
  • Bu qiymətləndirmənin nəticəsi olaraq festivalın sonunda onlayn müsabiqənin qalibinə  “TAMAŞAÇI RƏĞBƏTİ”  və pul mükafatı təqdim ediləcək.