Son qəbul tarixi: 10 oktyabr , 2018
• Pitçinqdə Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorların layihələri qəbul olunur:
• Daxil olan kinolayihələr bu kateqoriyalar üzrə nəzərdən keçirilir:
– Qısametrajlı bədii film – xronometrajı 35 dəqiqədən çox olmayan bədii filmlərin ssenariləri
– Qısametrajlı sənədli film – sənədli filmlərin ssenariləri
•  Pitçinqdə iştirak etmək üçün müəllif (rejissor) özü haqqında məlumatı və layihənin sinopsisini startfestival@gmail.com elektron ünvanına göndərməlidir. Sinopsis 900 işarədən az, 3000 işarədən çox olmamalıdır;
• Bir müəllif Pitçinqə yalnız bir layihə təqdim edə bilər;
• Layihələrin son qəbul tarixi – 10 oktyabr, 2018-ci il;
• İlkin mərhələdə Seçim Komissiyası hər kateqoriya üzrə üç layihə seçərək Pitçinqə təqdim edəcək. İştirakçıların siyahısı www.filmfestival.az saytında yerləşdiriləcək və onlar şəxsən məlumatlandırılacaqlar;
• Layihənin Pitçinqdə təqdimatı zamanı iştirakçı bu materialları təqdim etməlidir:
– ideyanın təsviri və ssenarinin sinopsisi
– layihənin hazırlıq işləri, çəkiliş qrupu, aktyor heyəti, büdcəsi və s. haqqında məlumatlar
– yardımçı materiallar: treylər və ya qısa tizer, rəsmlər və ya fotoşəkillər
• İştirakçının çıxışına 5 dəqiqə, ekspertlərin suallarını cavablandırmağa 5 dəqiqə vaxt ayrılır;
• Pitçinqin ekspertləri (Ekspert Komissiyası) qalib layihələrə texniki dəstək göstərəcək yerli kinoşirkətlərin və prodüser mərkəzlərinin nümayəndələrindən ibarət olacaq;
• Pitçinqin nəticələrinə əsasən qaliblərə layihələrini reallaşdırmaq üçün texniki dəstək göstəriləcək.