• Son qəbul tarixi: 05 oktyabr , 2018
  • Festivalın YERLİ müsabiqə bölməsində Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər;
  • YERLİ film müsabiqəsinə təqdim olunan film Beynəlxalq müsabiqəyə təqdim oluna bilməz;
  • Müsabiqə bədii, sənədli, cizgi və eksperimental kino nominasiyalarını əhatə edir;
  • Müsabiqədə iştirak etmək üçün  www.filmfestival.az  saytında yerləşdirilmiş  iştirak ərizəsi  doldurulmalıdır;
  • Filmlərin linklərini həmçinin, startfestival@gmail.com e-mail ünvanına da göndərə bilərsiniz;
  • Təqdim olunan filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır;
  • Təqdim olunan filmlər Təşkilat Komitəsinin təyin etdiyi  üç  nəfərdən ibarət Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir;
  • Müsabiqəyə qatılacaq filmlərin siyahısı www.filmfestival.az saytında yerləşdiriləcək;
  • YERLİ müsabiqədə “QIZIL NAR” mükafatı uğrunda mübarizə aparacaq filmləri  beş  yerli mütəxəssisdən ibarət münsiflər heyəti qiymətləndirəcək;
  • Müsabiqə qaliblərinə əsas nominasiyalar üzrə “QIZIL NAR” və pul mükafatı təqdim ediləcək:
  • – Ən yaxşı bədii film
    – Ən yaxşı sənədli film
    – Ən yaxşı cizgi filmi
    – Ən yaxşı eksperimental film

 

  • Bu nominasiyalara “QIZIL NAR” mükafatı təqdim ediləcək:
  • – Ən yaxşı rejissor
    – Ən yaxşı prodüser
    – Ən yaxşı ssenari
    – Ən yaxşı operator
  • – Münsiflər heyətinin xüsusi mükafatı

 

  • Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.