13. Festival / Beynəlxalq müsabiqə
13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının beynəlxalq münsiflər heyətinin üzvləri
Giorgi Ovaşvili (Gürcüstan)
Kinorejissor, ssenarist, prodüser
Lentə aldığı hər bir filmi ilə uğur qazanmağı və çox qısa bir müddətdə xaricdə tanınmağı bacaran rejissor Gürcüstan Dövlət Kino və Teatr Universitetində, Hollivudda “Universal Studios” kinostudiyasındakı Nyu-York Kinoakademiyasında təhsil alıb. Şöhrət ona elə ilk - “O biri sahil” tammetrajlı bədii filmindən sonra gəlib. 2009-cu ildə Berlin Kinofestivalının “Nəsil” bölməsində premyerası baş tutan film 50-dən çox beynəlxalq mükafata layiq görülüb. Rejissorun səs-küyə səbəb olan “Qarğıdalı adası” ikinci tammetrajlı filmi isə onun kino aləmindəki mövqeyini daha da möhkəmləndirib. Film Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatlarını qazanıb və 2015-ci ildə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşüb. Tbilisidə “Wagonnet Films” kino şirkətini yaradan rejissor beynəlxalq kinofestivallarda premyeraları baş tutan “Xibula”, “Gözəl Yelena” növbəti filmlərini çəkib. Hazırda o, “Ay mənim atamdır” filmi üzərində çalışır.
Adilia Xaybullina (Rusiya-Tatarıstan)
Kinoşünas, kinotənqidçi
Fərqli mövzularda kino mühazirələri, müxtəlif təşkilatlar və kinoteatrlarla birlikdə təşkil etdiyi layihələri ilə tanınan kinoşünas Kazan Teatr Məktəbində “Kino tarixi” fənnindən dərs deyir. “Kino vaxtıdır” Kino Layihələrinə Dəstək və Kino Tədbirlərinin Təşkili Direksiyasında kino proqramlarının kuratoru və kino tədbirlərinin daimi məruzəçisi, Kazanda “Kinomaks” kinoteatrlar şəbəkəsində təşkil olunan art-nümayişlərin daimi spikeri, “Millenium” radiosunda kino yenilikləri rubrikasının aparıcısıdır. Müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi çalışıb. Beynəlxalq festivallarda münsiflər heyətinin üzvü və ekspert kimi çıxış edən kinoşünas Tatarıstan Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Əmrah Kılıç (Türkiyə)
Prodüser
Əsasən Boğaziçi Film Festivalının bədii rəhbəri kimi tanınan Əmrah Kılıç, eyni zamanda türk kinosunun xaricdə təbliği ilə məşğul olur və bu məqsədlə Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələri, stendlər təşkil edir. O, həmçinin “Rabarba” aylıq kino jurnalının təsisçisi və inzibati koordinatoru olub, məşhur yazıçı və ssenari nəzəriyyəçisi Robert Makkinin “Hekayə və dialoq” əsərlərini türk dilində nəşrə hazırlayıb. Həmprodüser kimi iştirak etdiyi ilk layihə “Oskar” mükafatçısı bosniyalı rejissor Danis Tanoviçin “A Ten in a Half “ filmi olub. Bu il isə o, Lokarno Film Festivalında mükafata layiq görülmüş azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” filminə həmprodüserlik edib.
13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının "Asiya istedadları" müsabiqəsinin münsiflər heyəti
Aliyə Dadaşova (Azərbaycan)
Tənqidçi yazar
2000-ci illərdə Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliya Dadaşovadır. Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini bitirdikdən sonra “Kino+”, “Mədəniyyət”, “Fokus”, “kulis.az” kimi ölkənin aparıcı kino və mədəniyyət dərgilərindəki məqalələri ilə tanınıb. O, Tiflis Beynəlxalq Teatr və Tiflis Beynəlxalq Səhnəqrafiya Festivalında iştirak edib. Haruki Murakaminin hekayələr kitabını, K.Rudnitskinin “Rejissor Meyerxold” kitabını ruscadan tərcümə edib. “Teatrın sual vermək gücü”, “Kinoda ev mövzusu”, “Qlamurun ölümü” və digər araşdırma məqalələrin, kino və teatr haqda resenziyaların müəllifidir.
Rəşad Ələkbərov (Azərbaycan)
Rəssam
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin məzunu olan Rəşad Ələkbərovun yaradıcılıq dairəsinə boyakarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video-art, memarlıq dizaynı daxildir. Onun konseptual incəsənətdə özü üçün seçdiyi istiqamət – kölgələrlə instalyasiyadır. R.Ələkbərovun bu növ əsəri ilk dəfə 2000-ci ildə “Zamanın qanadları” sərgisində nümayiş etdirilib. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın Mədinə, London, Vyana, Moskva, Berlin, Paris, Venesiya, Bazel, Drezden, Listal şəhərlərində sərgiləri keçirilib. 2021-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.
13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Beynəlxalq müsabiqəsinin qalibləri
Ən yaxşı film – “Texno, ana” Rejissor: Saulius Baradinskas (Litva)
Ən yaxşı sənədli film – “Ulduz səpən” Rejissor: Lois Patino (İspaniya)
Ən yaxşı animasiya filmi – “Vağ çayı” Rejissor: Van Li Lyu (Tayvan (ÇXR)
Ən yaxşı bədii film rejissoru – “Rütubət” Rejissor: Turan Xəstə (Türkiyə)
Ən yaxşı sənədli film rejissoru – “Yeva və Ramona” Rejissor: Minka Jakerson (İsveç)
Ən yaxşı animasiya film rejissoru – “Həşəratların oyanışı” Rejissor: Stefani Lensak, Fransua Leroy (Fransa)
Münsiflər heyətinin xüsusi mükafatı – “Şimal qütbü” Rejissor: Mariya Apçevska (Şimalı Makedoniya)
“Asiya istedadları” müsabiqəsinin qalibləri
Ən yaxşı film – “Kainatın gecəsi” – Rejissor: Ramin Fərzani, Parisa Sədaiazər (İran)
Ən yaxşı bədii film rejissoru – “Gecə yarısı” Rejissor: Nazilə Əzizi (Əfqanıstan)
13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının proqramı
Uzun hekayələr qısa filmlərdə
11 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 2
11:00 136*
Mamma - Director: Aslak Danbolt Norway Fiction International Competition 15*
It is Quiet Here - Director: Olena Podolianko, Novruz Hikmet Ukraine Fiction International Competition 13*
Cloudy Man - Director: Shahin Jalali Iran Fiction International Competition 21*
It Builds a Life - Director: Mehdi Parizad Iran Fiction International Competition 13*
Shades of melancholy - Director: Karash Zhanyshov Kyrgyzstan Fiction International Competition 20*
Transmogrification - Director: Shamil Najaf United States Documentary International Competition 29*
The Sower of Stars Director: Lois Patino Spain Documentary International Competition 25*
Nizami Kino Mərkəzi Zal 3
11: 00 130*
Perm-Prague - Director: Elena Poroshina Russia Documentary International Competition 30*
Resistance Sahara - Director: Sidal Erguder United Kingdom Documentary International Competition 20*
The Illusions of a Wild Anemone - Director: Mehdi Shabani Turkey Documentary International Competition 20*
Night of the Universe - Director: Ramin Farzani, Parisa Sadaiazar Iran Fiction Asian Talents 15*
The Gulf - Director: Kumru Karatash Turkey Fiction Asian Talents 17*
The Road - Director: Tolomush Zhanybekov Kyrgyzstan Fiction Asian Talents 15*
Contactless - Director: Goksel Tuzun Turkey Fiction Asian Talents 13*
Nizami Kino Mərkəzi Zal 2
14:00 116*
Adam - Rejissor: Şamil Mahmudbəyov Bədii Panorama 38*
Uprooted - Director: Andzej Gavriss Ukraina Fiction Panorama 3*
Mən Xocalıdanam - Rejissor: Riad Əfəndiyev Sənədli Panorama 30*
Dostluq əngəl tanımır, çünki o, əngəllərdən güclüdür - Rejissor: Sultan Abbasbəyli Animasiya Panorama 2*
Qara buludlar - Rejissor: Ruslan İbrahimli Animasiya Panorama 2*
Səs - Rejissor: Elçin Ağazadə Bədii Panorama 7*
Lyudmila - Rejissor: Zeynəb Tahir Bədii Panorama 14*
Vaxt çatdı - Rejissor: Elvin Əhmədoğlu Bədii Panorama 5*
Zəng - Rejissor: Ruslan Sabirli Bədii Panorama 8*
Qonaq - Rejissor: Elmir Məmmədli Bədii Panorama 7*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 1
19: 00
Festivalın açılış mərasimi
12 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 3
11:00 57*
A Father - Director: Christophe Predari Belgium Fiction International Competition 14*
Sorry for Being Late - Director: Luka Beradze Georgia Fiction International Competition 19*
Seabreaker - Director: Eloy Dominguez Seren Spain Fiction International Competition 24*
Nizami Kino Mərkəzi Zal 3
12:00 27*
Barama - Rejissor: Murad Hüseynov, Səddam Mehdiyev Sosial çarx Yerli müsabiqə 1*
Bir addım - Rejissor: Böyükağa Əliyev Sosial çarx Yerli müsabiqə 3*
Qızım olsun - Rejissor: Azad Əlizadə Sosial çarx Yerli müsabiqə 3*
Mətbuat günü - Rejissor: Ruslan Mollayev Sosial çarx Yerli müsabiqə 2*
Onun kamerası - Rejissor: Böyükağa Əliyev Sosial çarx Yerli müsabiqə 3*
Rəmz - Rejissor: Masər Həsənov Sosial çarx Yerli müsabiqə 3*
Susma - Rejissor: Arif İsmayılov Sosial çarx Yerli müsabiqə 1*
Şanlı qazilərimizə eşq olsun! - Rejissor: Namiq Ağayev Sosial çarx Yerli müsabiqə 3*
Uşaqların Şuşası - Rejissor: Namiq Ağayev Sosial çarx Yerli müsabiqə 3*
Uzaq - Rejissor: Cavad Nur Sosial çarx Yerli müsabiqə 3*
28 May - İstehsalçı APA PRO, layihə müəllifi: Orxan Məmmədli, Ruslan Mollayev Sosial çarx Yerli müsabiqə 2*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
13:30 74*
Axırıncı dəfə - Rejissor: Əli Reza Salmanpur İran Bədii Dili bizim 16*
Ayaq izi - Rejissor: Fərid Mirxani İran Bədii Dili bizim 22*
Boşqab - Rejissor: Rəna Vaezi, Ozra Xan Xajeh İran Bədii Dili bizim 21*
Dayaq nöqtəsi - Rejissor: Həmid Kermani İran Bədii Dili bizim 15*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
15:30 34*
O kafe: Storieslər - Rejissor: Azər Aydəmir Bədii Yerli müsabiqə 11*
Sonuncu foto - Rejissor: Türkan Hüseyn Bədii Yerli müsabiqə 12*
Yalnız məzar - Rejissor: Elnur Paşa Bədii Yerli müsabiqə 11*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
16:45 58*
Techno, Mama - Director: Saulius Baradinskas Lithuania Fiction International Competition 18*
Tramway - Director: Bartosz Reetz Poland Fiction International Competition 22*
Desert Lights - Director: Katherina Harder Chile Fiction International Competition 18*
Nizami Kino Mərkəzi Zal 3
18:00 63*
Son payız - Rejissor: Rüstəm Babazadə Bədii Yerli müsabiqə 12*
Qonşu - Rejissor: Nihad Qulamzadə Bədii Yerli müsabiqə 19*
Seçim - Rejissor: Fərid Kərim, Nicat Nazim Bədii Yerli müsabiqə 4*
Unudulmuş yarpaqlar - Rejissor: Zaur Muxtarov Bədii Yerli müsabiqə 28*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
13 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 3
11:00 122*
North Pole - Director: Marija Apcevska North Macedonia Fiction International Competition 15*
The Moisture - Director: Turan Haste Turkey Fiction International Competition 20*
Nina - Director: Roman Chernikov Kazakhstan Fiction International Competition 27*
Not in a million years - Director: Okan Erunsal Turkey Fiction International Competition 15*
A Day, That Year - Director: Stanley Xu Taiwan (PRC) Fiction Asian Talents 9*
A Passing Cloud - Director: Peiyan Tang China Fiction Asian Talents 14*
Favor - Director: Sun Woo Kim South Korea Fiction Asian Talents 22*
Nizami Kino Mərkəzi Zal 3
14:00 75*
Buduğ - Rejissor: Murad Muradov Sənədli Yerli müsabiqə 8*
Dog Doc - Rejissor: Sitarə İbrahimbəyli, Dadaş Musayev Sənədli Yerli müsabiqə 30*
Həsti Tupal - Rejissor: Aliyə Mollayeva Sənədli Yerli müsabiqə 7*
Toz çəkiləndən bəri - Rejissor: Toğrul Abbasov Sənədli Yerli müsabiqə 30*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
16:00 52*
Khadiga - Director: Morad Mostafa Egypt Fiction International Competition 20*
The Red Suitcase - Director: Cyrus Neshvad Luxembourg Fiction International Competition 18*
Sanya - Director: Sergey Arsin Russia Fiction International Competition 14*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
17:00
Türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi
14 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 2
12:00 58*
Addım - Rejissor: Günay Səlimzadə Bədii Yerli müsabiqə 5*
Bir cüt çəkmə - Rejissor: Elmar Məlikov Bədii Yerli müsabiqə 6
Döyüntü - Rejissor: Sahil Məmmədov Bədii Yerli müsabiqə 8
Mən qayıtdım - Rejissor: Gülüstan Əliyeva Bədii Yerli müsabiqə 10
Katarsis - Rejissor: Sevinc Mahmudova Sənədli Yerli müsabiqə 15
Motivator - Rejissor: Kamal Müşviq Sənədli Yerli müsabiqə 14
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
11:00 120*
Killing Bagheera - Director: Muschirf Shekh Zeyn Syria Fiction Asian Talents 13*
Noonn - Director: Nazila Azizi Afghanistan Fiction Asian Talents 6*
Holy Water - Director: Damir Tanatov Kazakhstan Fiction Asian Talents 15*
To Vancouver - Director: Artemis Anastasiadou Greece Fiction International Competition 24*
Game - Director: Onder Menken Turkey Animation International Competition 4*
Night - Director: Ahmad Saleh Palestine Animation International Competition 16*
The Egret River - Director: Wan-Ling Liu Taiwan (PRC) Animation International Competition 20*
The awakening of the insects - Director: Stephanie Lansaque, Francois Leroy France Animation International Competition 14*
Living in a Bubble - Director: Natalie MacMahon, Nikola Drvoshanov Germany Animation International Competition 8*
Nizami Kino Mərkəzi Zal 2
14:00 39*
Stuffed - Director: Theo Rhys Fiction Bafta nominations 19*
Do not Feed the Pigeons - Director: Antonin Niclass Animation Bafta nominations 9*
Night of the Living Dread - Director: Ida Melum Animation Bafta nominations 11*
Nizami Kino Mərkəzi Zal 2
15:00 45*
Müstəntiq - Rejissor: Sadiq Əliverdibəyli Bədii Yerli müsabiqə 5*
Namərd - Rejissor: Almaz Qasımova Bədii Yerli müsabiqə 7*
Sınaq - Rejissor: Ruslan Mollayev Bədii Yerli müsabiqə 21*
Vəhşi durnalar mövsümü - Rejissor: Murad Hüseynov, Səddam Mehdiyev Bədii Yerli müsabiqə 12*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 3
16: 30 89*
Mən uşaq olmuşam - Rejissor: Ülviyyə Əhmədova Sənədli Yerli müsabiqə 16*
Uşaqlıq fotosu - Rejissor: Pərviz Həsənov Sənədli Yerli müsabiqə 18*
Unudulmuş arzular - Rejissor: Aynur Kazımova Sənədli Yerli müsabiqə 29*
Vulkan üzərində ev - Rejissor: Amil Amal Sənədli Yerli müsabiqə 26*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
15 NOYABR 2022
Nizami Kino Mərkəzi Zal 2
12: 00 47*
Bubble Beetle - Director: Worya Nick Manesh, Maryam Hashem Nezhad Iran Animation International Competition 7*
Its a Gray, Gray World - Director: Seyed Mohsen Pourmohseni Shakib Animation International Competition Iran 6*
Eva and Ramona - Director: Minka Jakerson Sweden Documentary International Competition 15*
Bir zamanlar Daşağılda - Rejissor: Sənan Səfərov Sənədli Cinemobil 6*
Bu torpaq mənimdir - Rejissor: Xəyal İskəndərov Sənədli Cinemobil 5*
İçərişəhər - Rejissor: Hüseynağa Aslanov Bədii Cinemobil 3*
Kəndimizə gedən yol - Rejissor: Ruslan Mollayev Sənədli Cinemobil 5*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 2
13:30 61*
Hasar - Rejissor: Qulu Əsgərov Bədii Yerli müsabiqə 26*
Qarabasma - Rejissor: Lətif Lətifsoy Bədii Yerli müsabiqə 8*
Storyboard - Rejissor: Elvin Rüstəmzadə Bədii Yerli müsabiqə 9*
İki yol - Rejissor: Səddam Mehdiyev, Murad Hüseynov Bədii Yerli müsabiqə 18*
Filmlərin yaradıcı heyətinin iştirakı ilə sual-cavab
Nizami Kino Mərkəzi Zal 2
15: 30 30*
“Kinolab” təqdim edir
Nizami Kino Mərkəzi Zal 2
16:30 16*
“Cinemasports/ Azerbaijan” təqdim edir:
Sonlular Rejissor: Səbinə Cəfərova 4*
Cinestesion Rejissor: Rəna Əhmədova 5*
Süni reallıq Rejissor: Rəna Həmid 3*
Sonuncu ağac Rejissor: Nəzrin Cəfərli 4*
Nizami Kino Mərkəzi Zal 1
19: 00
Festivalın bağlanış- mükafatlandırma mərasimi
Qeyd: Festival filmlərinə və bağlanış-mükafatlandırma mərasiminə giriş sərbəstdir.