Close

9. Festival / Beynəlxalq müsabiqə

MÜNSİFLƏR HEYƏTİ

 

Ayaz Salayev (Azərbaycan)

Kinoşünas, kinorejissor, ssenarist, televiziya aparıcısı, pedaqoq

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil alıb. Kino karyerasına müəllifi olduğu "Retro" verilişi ilə başlayıb. Bu veriliş dövrünün sanballı televiziya layihəsi olmaqla yanaşı, yerli tamaşaçıların kino zövqünün formalaşmasında müstəsna rol oynayıb. Kinorejissor kimi debütünü isə 1988 -ci ildə çəkdiyi "Ata" sənədli filmi ilə edib. 1995-ci ildə "Yarasa" tammetrajlı bədii filmini lentə alıb. Berlin kinofestivalında nümayiş etdirilən film onu daha geniş auditoriyaya tanıdıb. Sonradan "Yarasa" Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib, mükafatlar alıb. Fransanın Anje şəhərində keçirilən Beynəlxalq Avropa kinosu festivalında isə Qran-priyə layiq görülüb. Bundan başqa o, "Təxribat", "Vahimə", "Ağ-qara gecələr" filmlərinin və "Qarabağın həsrət salnaməsi" layihəsinin müəllifidir. Azərbaycanın Əməkdar incəsənət xadimidir.

Gülbara Tolomuşova (Qırğızıstan)

Kinoşünas, kinorejissor

FIPRESCI-in (Beynəlxalq Kinotənqidçilər Federasiyası) və NETPAC-ın (Asiya kinosunun inkişafı şəbəkəsi) üzvüdür. Müxtəlif mətbu orqanları, forumlar və internet portallarında məqalələrlə çıxış etməklə yanaşı, rejissorluq, prodüserlik, menecerlik kimi zəngin kino fəaliyyətinə malikdir. Əsasən, insan hüquqlarının müdafiəsi mövzusunda sənədli filmlər çəkməyə üstünlük verir. Bir sıra beynəlxalq kinofestivallarda münsiflər heyətinin üzvü olmuş kinotənqidçi Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya departamentinin aparıcı mütəxəssisidir. Kino sahəsindəki səmərəli işinə görə ölkəsində və xaricdə mükafatlara layiq görülüb.

Kambuzia Partovi (İran)

Ssenarist, kinorejissor

Ssenarist kimi bir sıra tanınmış rejissorlarla uğurlu iş birliyi olub. Ona bu sahədə məşhurluq gətirən işi dünya şöhrətli rejissor Cəfər Pənahinin "Dairə" filminə yazdığı ssenari olub. 1988-ci ildə "Gülnar" bədii tammetrajlı filmini çəkməklə kinorejissorluq fəaliyyətinə başlayıb. Lentə aldığı "Kafe "Tranzit"" filmi 2007-ci ildə İranı "Oskar" mükafatının "Ən yaxşı xarici film" nominasiyasında təmsil edib. 2013-cü ildə isə Cəfər Pənahi ilə birlikdə "Pərdə" filminə həmmüəlliflik edib.

Tobias Büxner (Almaniya)

Prodüser

1994-cü ildən müstəqil prodüser kimi çalışır. Həmin il bacısı Kristiane Büxnerlə birgə "Büchner Filmproduktion GbR" kino şirkətini təsis edib. Sonra bilgilərini EAVE-də daha da təkmilləşdirib. Həmçinin müxtəlif platforma layihələrinin lisenziyalaşdırılması, maliyyələşdirilməsi, inkişafı və istehsalı ilə məşğuldur. 2010-cu ildə bacısı Kristiane Büxner ilə birlikdə "Ex Oriente" proqramında "Family Business" ("Ailə işi") sənədli filmi ilə iştirak etmişdir.

Zəhra Bədəlbəyli (Azərbaycan)

Musiqiçi, prodüser, şairə

Musiqi Akademiyasında təhsil alıb, müəllim və konsertmeyster kimi fəaliyyət göstərib. Bir müddət Tələbə Gənclər Təşkilatının sədri olub. 2008-ci ildə "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsində çalışıb və Azərbaycanın müsabiqədəki ilk mahnısının sözlərini yazıb. İlk şeir albomu 2011-ci ildə nəşr olunub. Həmin il "OK! Azerbaijan" jurnalının baş redaktoru təyin edilib. 2014-cü ildə Bakı Avropa Oyunlarının mədəni tədbirləri üzrə müşaviri olub, 2015-ci ildə "Gamma Agency" şirkətini təsis edib.

 

QALİBLƏR

Ən yaxşı bədii film

"Toprak" -  Onur Yağız  / Türkiyə- Fransa / 2017 /

Ən yaxşı sənədli film

"Əsl məhəbbət" - İman Behruzi / İran / 2017 /

Ən yaxşı eksperimental film

"Torpaq" -  Alican Durbaş  / Türkiyə / 2017 /

Ən yaxşı animasiya filmi

"Daşqaın" -  Conatan Şvenk  / Almaniya / 2017 /

Ən yaxşı bədii film rejissoru

"Qəddar oyunlar" - Ceronimo Sarmiento / Estoniya, Portuqaliya, Kolumbiya, ABŞ / 2018 /

Ən yaxşı sənədli film rejissoru

"Bu gün xoşbəxtəm" - Culio Toninçelli / İtaliya-Fransa / 2017 /

Ən yaxşı eksperimental film rejissoru

"On üstü mənfi qırx üç saniyə" -  Fransis / Fransa / 2017 /

Ən yaxşı animasiya film rejissoru

"Cazibə yoxdur" -  Ş.Pariso, J.Sisse, F.K.Kosmidis, F.Aliyer-Estrada, M.Lümet-Blanshart, L.Abraham / Fransa / 2018 /

Münsiflər heyətinin xüsusi mükafatı

"Bahar" - Nataliya Konçalovski / Rusiya / 2018 /