Close

9. Festival / Yerli müsabiqə

MÜNSİFLƏR HEYƏTİ

 

Mirbala Səlimli (Azərbaycan)

Teatr və kino rejissoru, ssenarist

Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsi olub. 2003-2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor Kşiştof Zanussi və almaniyalı kinodramaturq D. Benkedən, 2006-2007-ci illərdə isə İFA-SC proqramı (İsveçrə) çərçivəsində britaniyalı kinodramaturq Kler Daunzdan ustad dərsləri alıb. 2002-ci ildə rejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii filmini, 2007-ci ildə "Yaddaş" sənədli filmlər studiyasında "Şəki-tarixin naxışları" adlı sənədli filmini çəkib. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir. O, eyni zamanda Rusiya Kinorejissorları Gildiyasının üzvüdür. 2016-cı ildə lentə aldığı "Qırmızı bağ" tammetrajlı bədii filmi müxtəlif beynəlxalq kinofestivallarda "Ən yaxşı bədii film", "Jürinin xüsusi mükafatı", "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor" nominasiyaları üzrə təltif edilib. Azərbaycanın Əməkdar incəsənət xadimidir.

İlqar Fəhmi (Azərbaycan)

Şair, yazıçı, kinodramaturq

Müxtəlif ədəbi əsərlərdən ibarət səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi", "Aktrisa" , "Dərvişin qeydləri" , "Axırıncı dayanacaq" və başqa ssenariləri dövlət sifarişi ilə ekranlaşdırılıb. "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibidir.

Cavid Təvəkkül (Azərbaycan)

Kinorejissor, prodüser

Bir sıra bədii, sənədli və televiziya filmlərinin müəllifidir. "Azarkeş", "100000 AZN", "Sovqat", "Əzizim, Fellini", "Səhərə inan...", "Döngələr" (teleserial), "Qarabağnamə", "Bir günəş altında", "Şekspir", "Cümhuriyyət" filmlərinin rejissorudur. "Şekspir" filmi bir çox beynəlxalq festivallarda iştirak edib. Hazırda Bakı Film İnstitutunda kinorejissorluqdan dərs deyir.

 

QALİBLƏR

Ən yaxşı bədii film

"Oğul" -  Pərviz Gülməmmədov / Azərbaycan / 2017 / 

Ən yaxşı sənədli film

"Adam" - Emil Əli / Azərbaycan / 2018 /

Ən yaxşı rejissor

"Bir saniyə" -  Orxan Adıgözəlov / Azərbaycan / 19:00 / 2017 /

Ən yaxşı ssenari

"Sonar" - Fərid Kərim / Azərbaycan / 07:00 / 2018 /

Ən yaxşı operator

"Yaddaş" - Elvin Əhmədoğlu / Azərbaycan / 2018 /

Münsiflər heyətinin xüsusi mükafatı

"18-ci mərtəbə" - Səidə Abdullayeva / Azərbaycan / 2018 /

"Cinemobil" onlayn müsabiqənin qalibi

"Bir zamanlar Xudatda" -  Sənən Səfərov / Azərbaycan/ 2018/