Close

10. Festival / Beynəlxalq müsabiqə

MÜNSİFLƏR HEYƏTİ - BEYNƏLXALQ MÜSABİQƏ

 

İlqar Safat (Azərbaycan)

Kino və teatr rejissoru, ssenarist

Moskvada Ssenaristlər və Rejissorlar Ali Kursunu bitirib. "Səmanın kökləri" filmi Almaniyada ən yaxşı etnoqrafik filmlər kataloquna və Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin kitabxanasına daxil edilib. "Sahə" bədii filmi isə 2010-cu ildə Azərbaycandan 83-cü "Oskar" mükafatının "Xarici dildə ən yaxşı film" nominasiyasına təqdim edilib. Film bir çox mükafatlara, o cümlədən "Hollywood Young Artist Awards", "California Golden Awards"a layiq görülüb

Rezan Yaşılbaş (Türkiyə)

Rejissor

Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Film və TV bölümünün məzunudur. Onun "Qadın trilogiyası" layihəsinin "Hökm" adlı ilk qısa filmi beynəlxalq kinofestivallarda mükafatlara layiq görüldükdən sonra rejissor növbəti filmini çəkib. Trilogiyanın "Səssiz" ikinci filmi 65-ci Kann kinofestivalında "Short Film" müsabiqəsinin "Qızıl palma" mükafatını alıb.       

Artçil Xetaquri (Gürcüstan)

Rejissor, prodüser

CinéDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktorudur. Niderland Kino və Televiziya Akademisyasında təhsil alıb. "Miras" diplom işi ilk dəfə Rotterdam Beynəlxalq kinofestivalında nümayiş olunub və Niderlanddan "Tələbə Oskarı"na təqdim olunub. Daha sonra çəkdiyi sənədli filmlər də beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.  

Kərim Əzimi (İran)

Rejissor

Bakıda keçirilən Beynəlxalq Audiovizual Festivalda "Qızıl Pəri" mükafatı da daxil olmaqla, bir sıra yerli və xarici film festivallarında 60-dan çox mükafata layiq görülüb. "Kəpənəklər qarda ölür" və "Mənim evim buludludur" kimi məşhur filmləri var.    

 

 

QALİBLƏR

"Ən yaxşı bədii film"

"Qardaşlıq" - Rejissor: Məryam Cubor. Kanada, Tunis, Qətər, İsveç filmi.

 

"Ən yaxşı sənədli film"

"Andın o tərəfi" - Rejissor: Henrik Dalbrinq. İsveç.

 

"Ən yaxşı animasiya filmi"

"Qız"- Rejissor: Daria Kaşçiva. Çexiya

 

"Ən yaxşı bədii film rejissoru"

İvan Qriqolyunas- "Klava Qraçyovanın üç günü" filmi. Rusiya.

 

"Ən yaxşı sənədli film rejissoru"

Hillel Reyt - "Atamın oğlu" filmi. İsrail.

 

"Ən yaxşı animasiya rejissoru"

Daria Kaşçiva - "Qız" filmi. Çexiya.

 

"Münsiflər heyətinin xüsusi mükafatı"

"Sonuncu müştəri" – Rejissor: Anna Urbançik. Polşa.

"Təxəyyül" bədii filmi- Rejissor Gespəğ Qrani. Belçika.

 

"Münsiflər heyətinin diplomunu"

"Əsl bahadır" – Rejissor: Yelena Poroşina. Rusiya, Estoniya.

"Bu gün yox" – Rejissor:  Marin Ceykob. Belçika.

"Son seçim" – Rejissor: Amil Məmiyev. Azərbaycan.

 

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatları

"Akif" – Rejissor: Harun Baysan. Türkiyə.

"Parivaş" animasiya filmi- Əminə Monşizadə. İran.

 

"Tamaşaçı rəğbəti" diplomu

"Ahıllar"- Rejissorlar:  Ramin Fərzani və Parisa Sədai Azər. İran.

"Nanuli və Qogi" – Rejissor: Mariam Aqladze.

 

 

FİLMLƏRİN NÜMAYİŞ PROQRAMI

 

Proqram6-7-large Proqram8-9-large