Close

Beynəlxalq müsabiqə

Son qəbul tarixi: 25 avqust 2021-ci il

  • Festivalın Beynəlxalq müsabiqə bölməsində xarici ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan 35 yaşına qədər rejissorlar iştirak edə bilər;
  • Müsabiqəyə bədii, sənədli və animasiya filmləri qəbul olunur;
  • Hər bir müəllif öz filmini festivalın saytı www.filmfestival.azwww.filmfreeway.com (https://filmfreeway.com/bakuisff)    platforması üzərindən göndərə bilər;
  • Təqdim olunan filmlər 2020-2021-ci illərdə istehsal olunmalıdır;
  • Filmlərin müddəti 35 dəqiqədən çox olmamalıdır;
  • Filmlər ingilis dilində subtitrlə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilində yazılı formatda təqdim olunmalıdır;
  • Beynəlxalq müsabiqəyə film təqdim edən yerli rejissorlar eyni filmi Yerli müsabiqə bölməsinə təqdim edə bilməzlər;
  • Müraciət üçün son gün: 25 avqust 2021-ci il;
  • Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir;
  • Müsabiqəyə qatılacaq filmlərin siyahısı 1 noyabr 2021-ci ildə saytımızda yerləşdiriləcək;
  • Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər;
  • Müsabiqədə filmləri beynəlxalq münsiflər heyəti qiymətləndirəcək;
  • Festivalın qaliblərinə “Qızıl Nar”, xüsusi mükafat və diplom verilir.
  • Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək:
    - Ən yaxşı bədii film     (“Qızıl Nar” mükafatı, diplom)
    - Ən yaxşı sənədli film (“Qızıl Nar” mükafatı, diplom)
    - Ən yaxşı animasiya filmi (“Qızıl Nar” mükafatı, diplom)
    - Ən yaxşı bədii film rejissoru   (xüsusi mükafat və diplom)
    - Ən yaxşı sənədli film rejissoru   (xüsusi mükafat və diplom)
    - Ən yaxşı animasiya filmi rejissoru  (xüsusi mükafat və diplom)
    - Münsiflər heyətinin xüsusi mükafatı
  • - "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu
  • Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.