Close

Cinemobil müsabiqə

Son qəbul tarixi: 20 sentyabr 2022-ci il

  • Müsabiqədə Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər;
  • Müsabiqə onlayn rejimdə keçirilir;
  • Sənədli, bədii filmlər qəbul olunur;
  • Hər bir müəllif öz filmini festivalın saytı www.filmfestival.az üzərindən göndərə bilər;
  • Təqdim olunan filmlər 2021-2022-ci illərdə istehsal olunmalıdır;
  • Filmlər yalnız mobil telefon, planşet vasitəsilə çəkilməlidir;
  • İstənilən montaj, videoredaktə proqramlarından istifadə etmək olar;
  • Filmlərin müddəti 5 dəqiqədən artıq olmamalıdır;
  • Bir müəllif 2 film təqdim edə bilər;
  • Müraciət üçün son gün: 20 sentyabr 2022-ci il;
  • Seçim Komissiyası təqdim olunan filmlər arasından 5 film seçərək onları əsas müsabiqəyə daxil edəcək.
  • Əsas müsabiqədə iştirak edəcək filmlərin siyahısı noyabrın 1-də saytımızda yerləşdiriləcək;
  • Qalib tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək. Səsvermə Festivalın "Facebook" səhifəsində (https://www.facebook.com/bakuisff/) aparılacaq.
  • Bu qiymətləndirmənin nəticəsi olaraq müsabiqənin qalibinə  "Tamaşaçı rəğbəti" mükafatı təqdim ediləcək.