Close

“START” adını dəyişdi

Kateqoriya: XƏBƏRLƏR
  • 1
    0
03.08.2019 - 10:23
161
0

6-9 noyabr tarixlərində Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. 10-cu açılışını edən Festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Bu ildən etibarən isə kinoforum Bakı Beynəlxalq Qısa Filmlər Festivalı adı ilə işinə start verir.

Beynəlxalq xarakter daşıyan kinofestival, əsasən, qısametrajlı filmlərin müsabiqəsini və nümayişini təşkil edir. Hər il olduğu kimi bu il də müəlliflər  Beynəlxalq və Yerli müsabiqə bölməsində yarışacaqlar.    

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilati dəstəyi ilə keçir.