Close

6-9 NOYABR

Filmlərin qəbulu başladı

Kateqoriya: XƏBƏRLƏR
  • 1
    0
03.08.2019 - 10:26
143
0

6-9 noyabr tarixlərində keçiriləcək 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb. 

Müəlliflər iki əsas – BeynəlxalqYerli müsabiqə proqramlarında, eyni zamanda "Cinemobil" mobil filmlərin müsabiqəsində yarışacaqlar.

Beynəlxalq və Yerli müsabiqəyə yaşı 35-dən artıq olmayan rejissorlar bədii, sənədli, animasiya filmlərini təqdim edə bilərlər. Bunun üçün  saytımızda yerləşdirilən qaydalarla tanış olaraq, iştirak ediləcək müsabiqə bölməsinə uyğun qeydiyyatdan keçmək lazımdır.

Yerli müsabiqədə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər iştirak edə bilər. Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı yerli rejissorların da iştirak hüququ var. Təqdim olunan filmlər 2018- 2019-cu illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqəni keçməməlidir.

Onlayn rejimdə aparılacaq "Cinemobil" müsabiqəsinə isə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bu müsabiqəyə qoşulmaq istəyənlər də eynilə saytımızda yerləşdirilən qaydalarla tanış olaraq, qeydiyyatdan keçməlidirlər.

Filmlərin son qəbul tarixi 20 sentyabr, 2019-cu ildir.