Close

6-9 NOYABR

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Kateqoriya: XƏBƏRLƏR
  • 1
    0
03.08.2019 - 12:16
222
0

6, 7, 8, 9 noyabr tarixlərində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı baş tutacaq. "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə keçiriləcək. 

Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı  Beynəlxalq, Yerli, "Cinemobil" müsabiqə bölmələri, ustad dərslərindən ibarət olacaq. Festival qaliblərinə "Qızıl nar" mükafatı təqdim ediləcək. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.

Minimum güzəşt və maksimum istedada üstünlük verən Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.