BAFTA nominantları

Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində festival çərçivəsində hər il BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir.
Dünyanın məşhur mükafatlarından hesab olunan BAFTA Britaniya Film və Televiziya Sənətləri Akademiyasının mükafatıdır.
1947-ci ildə Devid Linin rəhbərliyi ilə yaradılan Britaniya Kino Akademiyası 1976-cı ildə Britaniya Kino və Televiziya Sənətləri Akademiyasına çevrilib.
BAFTA mükafatları amerikalı heykəltəraş Mitzi Kanlife tərəfindən hazırlanıb. Mitzin heyrətamiz dizaynı indi bütün dünyada tanınan bir simvoldur. BAFTA maskası ilk dəfə Akademiyanın üzvü adına layiq görülən Çarli Çaplinə verilib.
Sonralar mükafata marağın artması səbəbindən nominasiyaların sayı artırılıb. Bu illər ərzində Stenli Kubrik, Martin Skorseze, Stiven Spilberq, Meril Strip, Entoni Hopkins, Keyt Blanşet, Dastin Hofman, Keyt Uinslet, Con Travolta, Corc Lukas, Tom Henks, Klint İstvud, Robert De Niro və başqaları bu mükafata layiq görülüb.
Artıq beş ildir ki, festivalımızda xüsusi yeri olan “BAFTA nominantları” proqramında izləyicilərə bir-birindən maraqlı filmlər təqdim olunur. Düşünürük ki, dünya miqyasında belə dəyərli mükafatı alan həmçinin bu mükafata namizəd olan filmlər yerli kino istehsalçıları üçün böyük zövq və təcrübə mənbəyi ola bilər. Belə əməkdaşlıqların gələcəkdə film təhsili sahəsində əhəmiyyətli işlərə də zəmin yaradacağına inanırıq.
Bu il festivalımızda proqram çərçivəsində iki film nümayiş olunacaq.
Süd / Milk - Rejissor: Miranda Stern - Ölkə: Böyük Britaniya
Əlvida / Adios - Rejissor: Xose Prats - Ölkə: Böyük Britaniya





