Close

O filmi tamaşaçı seçəcək!

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
25.07.2020 - 03:40
114
0

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının "CİNEMOBİL" müsabiqəsinə film qəbuluna start verildi.

Artıq üçüncü ildir keçirilən müsabiqə telefonla çəkilmiş filmlərin yarış meydanıdır. Ötən illərdən fərqli olaraq bu il müsabiqəyə maksimum 5 dəqiqəlik filmlər qəbul olunacaq.

Müsabiqədə həm peşəkar rejissorlar, həm də həvəskarlar iştirak edə bilər. Digər müsabiqələrdən fərqli olaraq "Cinemobil"ə bir müəllif iki film təqdim edə bilər.  

Müsabiqəyə müraciətlər sentyabr ayının 1-də başa çatacaq.

Seçim Komissiyası təqdim olunan filmlər arasından 5 film seçərək onları əsas müsabiqəyə daxil edəcək.

Həmin filmlərin siyahısı oktyabrın 20-də saytımızda yerləşdiriləcək. Qalib tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək. Festivalın "Facebook" səhifəsində reallaşacaq səsvermənin qalibinə "Tamaşaçı rəğbəti" mükafatı təqdim ediləcək.

2004-cü ildə təsis edilən Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR"da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü və ən böyük kino festivalıdır.