Close

Festival qaliblərin növbəti layihəsinə dəstək verəcək

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
25.07.2020 - 03:42
177
0

13-17 noyabr 2020-ci ildə Bakıda 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçiriləcək. 

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsisçisi və təşkilatçısı olduğu festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Festivalın dəstəkçiləri sırasında Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “02 MEDİA”, ÖZ FİLM şirkəti də yer alır.

Festivala film qəbulu başlayıb. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini 01 sentyabr 2020 tarixinə kimi təqdim edə bilərlər.

Yerli kinematoqrafçılara hər zaman dəstək olmağa çalışan kinoforumda bu il bir ilk yaşanacaq. Festival Yerli müsabiqənin üç “Qızıl Nar” mükafatçısının növbəti film layihəsinə dəstək olacaq. Qaliblər bu formada mükafatlandırılacaq:

- Ən yaxşı bədii film - texniki və post-prodakşn dəstəyi

- Ən yaxşı sənədli film - texniki və post-prodakşn dəstəyi

- Ən yaxşı animasiya filmi-  post- prodakşn  dəstəyi

2004-cü ildə təsis edilən Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalıq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü və ən böyük film festivalıdır.

Festival ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.