Close

Festivala film qəbulu başa çatdı: 72 ölkə 3086 film

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
09.09.2020 - 00:31
310
0

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbulu başa çatıb. Festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film təqdim edilib. Bunlardan 97 ekran işi "Cinemobil" də daxil olmaqla festivalın yerli proqramına göndərilib.

Hazırda kino mütəxəssislərindən ibarət seçim komissiyası bu filmlər arasından beynəlxalq, yerli müsabiqə, eyni zamanda "Cinemobil" müsabiqəsində yarışacaq ekran əsərlərini müəyyənləşdirir. Müsabiqəyə qatılacaq filmlərin adları 20 oktyabrda açıqlanacaq.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 13-17 noyabr tarixlərində Bakıda keçiriləcək. Beynəlxalq müsabiqə proqramına düşən filmləri beynəlxalq tərkibli münsiflər heyəti qiymətləndirəcək. Yerli müsabiqənin qaliblərini yerli kino mütəxəssisləri, “Cinemobil”in qalibini isə tamaşaçılar təyin edəcək.