Close

“Qızıl nar” kimə çatacaq?

Kateqoriya: XƏBƏRLƏR
  • 2
    0
03.08.2019 - 10:11
329
0

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalında 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsi baş tutacaq. Mübarizəyə qoşulacaq müəlliflər Festivalın baş mükafatı – "Qızıl nar" uğrunda yarışacaqlar.    

Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatılacağı Festival beynəlxalq və yerli müsabiqə bölmələrindən ibarət olacaq. Finalçılar Beynəlxalq müsabiqə bölməsində "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı bədii film rejissoru, "Ən yaxşı sənədli film rejissoru", "Ən yaxşı animasiya filmi rejissoru" və "Münsiflər heyətinin xüsusi mükafatı" nominasiyaları üzrə yarışacaqlar. Qalibləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Yerli müsabiqə bölməsinin qalibləri "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı sosial çarx", "Ən yaxşı rejissor", "Ən yaxşı ssenari" nominasiyaları üzrə mükafatlandırılacaqlar. Müsabiqənin bu bölməsində "Qızıl nar" mükafatının sahiblərini isə üç yerli mütəxəssis müəyyənləşdirəcək.

"Cinemobil" onlayn yarışmasının qalibləri tamaşaçıların onlayn səsverməsi əsasında seçiləcək. Səsvermə festivalın "Facebook" səhifəsində aparılacaq. Müsabiqənin qalibinə "Tamaşaçı rəğbəti" mükafatı təqdim ediləcək.

Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.