Close

10. Festival / Yerli müsabiqə

MÜNSİFLƏR HEYƏTİ - YERLİ MÜSABİQƏ

 

Vidadi Həsənov (Azərbaycan)

Kino və teatr aktyoru, rejissor, ssenarist

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyoru ixtisasına yiyələnib. Avropa Kinematoqrafçılar Assosiasiyasının xəttilə Tiflisdə və Moskvada ssenaristlik kurslarını bitirib. YUĞ teatrında aktyor və rejissor kimi çalışır, filmlərə çəkilir, Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Gülzar Qurbanova (Azərbaycan)

Kino və teatr aktrisası

Moskvada ÜDKİ-da təhsil alıb. Kinoda və teatrda onlarla obraz yaradıb.  "Yarımçıq xatirələr" filmindəki roluna görə "Ən yaxşı qadın rolunun ifası"  nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb. Azərbaycanın Əməkdar Artisti, Prezident Mükafatçısıdır.

İmam Həsənov (Azərbaycan)

Kino və teatr rejissoru

Müəllifi olduğu "Müqəddəs inək" ilk tammetrajlı sənədli filmi IDFA beynəlxalq kino festivalında iştirak edən ilk Azərbaycan filmi olub, beynəlxalq mükafatlara layiq görülüb. Hazırda bədii və sənədli film layihələri və teatr tamaşaları üzərində çalışır. Azərbaycanın ilk beynəlxalq və müstəqil sənədli film festivalı DokuBaku-nun həmtəsisçisi və direktoru, həmçinin "ÇıxıŞ – Cinema&Theater" müstəqil Kino-Teatrının təsisçisi və direktorudur.

 

QALİBLƏR

 

"Ən yaxşı bədii film"

"Soraq" – Rejissor: Pərviz Həsənov.

 

"Ən yaxşı sənədli film"

"Küy simfoniyası" – Rejissor: Vüsal Hacıyev.

 

"Ən yaxşı sosial çarx"

"Qız oxusun"- Rejissor: Günel Qədirova.

 

"Ən yaxşı ssenari"

"Dan yeli" – Ssenari: Türkan Zamanova;  Rejissor: Kamal Yaşar.

 

Münsiflər heyətinin diplomları

"Bərə" – Rejissor:  Kürçaylı Məmmədov

"Skat"  - Rejissor:  Səddam Mehdiyev

"İki ağac" – Rejissor: Ruslan İbrahimli.

 

"Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı

"Altsheymer" – Rejissorlar: Gülnar Askeri və Pərviz Rəşad.

 

"Cinemobil" müsabiqəsinin qalibi

"Gizlənpaç" - Rejissor: Masər Həsənov.

 

 

FİLMLƏRİN NÜMAYİŞ PROQRAMI

 

Proqram6-7-large Proqram8-9-large_1