Close

Yerli müsabiqə - Qısametrajlı film

Son qəbul tarixi: 10 avqust 2024-cü il

  • Festivalın Yerli müsabiqə bölməsində Azərbaycan Respublikasının vətəndaşı olan rejissorlar iştirak edə bilər;
  • Yerli film müsabiqəsinə təqdim olunan film Beynəlxalq müsabiqəyə təqdim oluna bilməz;
  • Müsabiqəyə qısametrajlı bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur;
  • “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda tələbə filmləri yarışacaq. Bu nominasiyaya film təqdim edən tələbələr qeydiyyat blankında “Ən yaxşı tələbə filmi nominasiyası” bəndinin qarşısında “bəli” düyməsini seçməlidirlər. Filminin tələbə filmləri ilə deyil, müsabiqənin digər filmləri ilə yarışmasını istəyən tələbələr isə həmin bəndin “xeyr” düyməsini seçməlidirlər. Belə olan halda həmin tələbənin filmi “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda deyil, müsabiqənin digər nominasiyaları uğrunda yarışacaq.      
  • Hər bir müəllif öz filmini festivalın saytı www.filmfestival.az üzərindən göndərə bilər;
  • Təqdim olunan filmlər 2022-2024-cü illərdə istehsal olunmalıdır;
  • Filmlərin müddəti 30 dəqiqədən çox olmamalıdır;
  • Müraciət üçün son gün: 10 avuqst 2024-cü il;
  • Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir;
  • Müsabiqəyə qatılacaq filmlərin siyahısı 20 sentyabr 2024-cü ildə saytımızda yerləşdiriləcək;
  • Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər;
  • Müsabiqədə filmləri yerli münsiflər heyəti qiymətləndirəcək;
  • Festivalın qaliblərinə “Qızıl Nar”, xüsusi mükafat, diplom verilir;
  • Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək:
    - Ən yaxşı bədii film (“Qızıl Nar”, diplom)
    - Ən yaxşı sənədli film (“Qızıl Nar”, diplom)
    - Ən yaxşı animasiya filmi (“Qızıl Nar”, diplom)
    - Ən yaxşı sosial çarx (xüsusi mükafat və diplom)
    - Ən yaxşı tələbə filmi (xüsusi mükafat və diplom)
    - Ən yaxşı rejissor (xüsusi mükafat və diplom)
    - Ən yaxşı ssenari (xüsusi mükafat və diplom)
    - Ən yaxşı prodüser (Azərbaycan Prodüserlər Gildiyasının xüsusi mükafatı)
  • - Münsiflər heyətinin xüsusi mükafatı
  • - Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı
  • Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.