Close

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı əvvəlki illərdə START  BQFF adı ilə fəaliyyət göstərib. 

Bakı BQFF bu illər ərzində Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir. Artıq BBQFF onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş yeridir.

Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də altı gün ərzində tamaşaçılara təqdim edirik.

Bakı BBQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılması, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə birləşdirir.

On bir ildir payızda reallaşan bu festivalda dünyada və ölkəmizdə baş verən mədəni, siyasi, sosial hadisələri və müxtəlif xarakterləri özündə birləşdirən rəngarəng filmləri nümayiş etdirməkdən qürur duyuruq.

Fehruz Şamıyev

BBQFF- ın direktoru