Close

13-cü Bakı Beynəlxaq Qısa Filmlər Festivalı başlayıb

Kateqoriya: MƏTBUAT
  • 0
    0
19.11.2022 - 14:20
30
0

13-cü Bakı Beynəlxaq Qısa Filmlər Festivalının açılışı olub.

APA xəbər verir ki, açılış tədbirində Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Festivala ümumilikdə 79 ölkədən 814 film təqdim edilib. Bunlardan 91-i yerli müsabiqəyə təqdim olunub. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqədə iştrak hüququ qazanıb.

Festivalın əsas mükafatı "Qızıl Nar"dır.

Builki festivalda ilk dəfə "Asiya istedadları" müsabiqə proqramı da daxil edilib. Burada yalnız Asiya ölkələrinin bədii filmləri yarışacaq.

Mobil telefonla çəkilən filmlərdən ibarət "Cinemobil" müsabiqəsində isə 4 film yarışacaq.

Festivalda müsabiqədən kənar "Dili bizim" proqramının da olması nəzərdə tutulub.

Festivala 15 noyabrda yekun vurulacaq.