Beynəlxalq müsabiqə - Qısametrajlı film
Son qəbul tarixi: 30 iyul 2024-cü il
- Festivalın qısa filmlər üzrə Beynəlxalq müsabiqə bölməsində xarici ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan rejissorlar iştirak edə bilər;
- Müsabiqəyə qısametrajlı bədii, sənədli və animasiya filmləri qəbul olunur;
- Hər bir müəllif öz filmini www.filmfreeway.com (https://filmfreeway.com/bakushortfest)platforması üzərindən göndərə bilər;
- Təqdim olunan filmlər 2023-2024-cü illərdə istehsal olunmalıdır;
- Filmlərin müddəti 30 dəqiqədən çox olmamalıdır;
- Filmlər ingilis dilində subtitrlə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilində yazılı formatda təqdim olunmalıdır;
- Beynəlxalq müsabiqəyə film təqdim edən yerli rejissorlar eyni filmi Yerli müsabiqə bölməsinə təqdim edə bilməzlər;
- Müraciət üçün son gün: 30 iyul 2024-cü il;
- Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir;
- Müsabiqəyə qatılacaq filmlərin siyahısı 20 sentyabr 2024-cü ildə saytımızda yerləşdiriləcək;
- Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər;
- Müsabiqədə filmləri beynəlxalq münsiflər heyəti qiymətləndirəcək;
- Festivalın qaliblərinə "Qızıl Nar", xüsusi mükafat və diplom verilir.
- Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək:
- Ən yaxşı bədii film ("Qızıl Nar" mükafatı, diplom)
- Ən yaxşı sənədli film ("Qızıl Nar" mükafatı, diplom)
- Ən yaxşı animasiya filmi ("Qızıl Nar" mükafatı, diplom)
- Ən yaxşı bədii film rejissoru (xüsusi mükafat və diplom) - "Asiya istedadları" müsabiqəsi:
- Ən yaxşı film (xüsusi mükafat və diplom) - - Münsiflər heyətinin xüsusi mükafatı
- - Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu
- Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.