Close

İlin kino hadisəsinə Sən də qoşul!

Kateqoriya: XƏBƏRLƏR
  • 1
    0
26.10.2021 - 16:30
376
0

 

19-23 noyabr tarixlərində paytaxtda keçiriləcək 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı Könüllülərin qəbulunu elan edir! 

12 il ərzində biz kifayət qədər təcrübə əldə etmişik və bu təcrübəni səninlə bölüşməyə hazırıq! Bizə qoşulmaqla sən kino sahəsindəki mütəxəssislərlə tanış olacaq, kinonun maraqlı tərəflərini kəşf edəcəksən.

Burada səni eyni maraqlara sahib insanlarla görüş gözləyir. Yeni biliklər, tanışlıqlar, dostlar əldə edəcək, böyük təcrübə qazanacaq, ümumi işə öz töhfəni vermiş olacaqsan.

Beynəlxalq tədbirə qoşulmaq həm gələcək karyeranın qurulmasında, həm də şəxsi həyatında bir təkan olacaq. 

Qeydiyyat forumunu doldur, sıralarımıza qoşul, bizdən biri ol!

https://forms.gle/cFhbcmKQ3J3VrcaMA

Müraciət üçün son tarix: 7 noyabr, 2021

Əlaqə nömrəsi: (+994 55) 221 20 41 

E-mail: office@filmfestival.az