Close

Filmlərin qəbulu başa çatdı

Kateqoriya: XƏBƏRLƏR
  • 0
    0
04.10.2019 - 16:14
172
0

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbulu başa çatıb. Festivala ümumilikdə 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. Bunlardan 84 ekran işi "Cinemobil" də daxil olmaqla festivalın yerli proqramına göndərilib. Hazırda kino mütəxəssislərindən ibarət seçim komissiyası bu filmlər arasından beynəlxalq, yerli müsabiqə proqramlarında, eyni zamanda "Cinemobil" müsabiqədə yarışacaq ekran əsərlərini müəyyənləşdirir. Müsabiqəyə qatılacaq filmlərin adları oktyabr ayında açıqlanacaq.

Beynəlxalq müsabiqə proqramına düşən filmləri beynəlxalq tərkibli münsiflər heyəti qiymətləndirəcək. Yerli müsabiqənin qaliblərini yerli kino mütəxəssisləri, “Cinemobil”in qalibini isə tamaşaçılar təyin edəcək.