Beynəlxalq müsabiqə — Qısametrajlı film
-
01
Festivalın qısa filmlər üzrə Beynəlxalq müsabiqə bölməsində xarici ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan rejissorlar iştirak edə bilər.
-
02
Müsabiqəyə qısametrajlı bədii, sənədli və animasiya filmləri qəbul olunur.
-
03
Hər bir müəllif öz filmini www.filmfreeway.com platforması üzərindən göndərə bilər.
-
04
Təqdim olunan filmlər 2024–2025-ci illərdə istehsal olunmalıdır.
-
05
Filmlərin müddəti 30 dəqiqədən çox olmamalıdır.
-
06
Filmlər ingilis dilində subtitrlə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilində yazılı formatda təqdim olunmalıdır.
-
07
Beynəlxalq müsabiqəyə film təqdim edən yerli rejissorlar eyni filmi Yerli müsabiqə bölməsinə təqdim edə bilməzlər.
-
08
Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir.
-
09
Müsabiqəyə qatılacaq filmlərin siyahısı 10 noyabr 2025-ci ildə saytımızda yerləşdiriləcək.
-
10
Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər.
-
11
Müsabiqədə filmləri beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
-
12
Festivalın qaliblərinə "Qızıl Nar", xüsusi mükafat və diplom verilir.
Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək
Ən yaxşı bədii film
"Qızıl Nar" mükafatı, diplom
Ən yaxşı sənədli film
"Qızıl Nar" mükafatı, diplom
Ən yaxşı animasiya filmi
"Qızıl Nar" mükafatı, diplom
Ən yaxşı bədii film rejissoru
Xüsusi mükafat və diplom
"Asiya istedadları" müsabiqəsi
Ən yaxşı film
Xüsusi mükafat və diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu
Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.
FilmFreeway ilə müraciət etBeynəlxalq müsabiqə — Tammetrajlı film
-
01
Festivalın Beynəlxalq müsabiqə bölməsində xarici ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan rejissorlar iştirak edə bilər.
-
02
Müsabiqəyə bədii tammetrajlı debüt filmlər (birinci və yaxud ikinci film) qəbul olunur.
-
03
Hər bir müəllif öz filmini www.filmfreeway.com platforması üzərindən göndərə bilər.
-
04
Təqdim olunan filmlər 2024–2025-ci illərdə istehsal olunmalıdır.
-
05
Filmlərin müddəti 52 dəqiqədən az olmamalıdır.
-
06
Filmlər ingilis dilində subtitrlə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilində yazılı formatda təqdim olunmalıdır.
-
07
Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir.
-
08
Müsabiqəyə qatılacaq filmlərin siyahısı 10 noyabr 2025-ci ildə saytımızda yerləşdiriləcək.
-
09
Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər.
-
10
Müsabiqədə filmləri beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
-
11
Festivalın qaliblərinə "Qızıl Nar", xüsusi mükafat və diplom verilir.
Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək
Ən yaxşı film
"Qızıl Nar" mükafatı, diplom
Ən yaxşı rejissor
"Qızıl Nar" mükafatı, diplom
Ən yaxşı ssenari
"Qızıl Nar" mükafatı, diplom
Ən yaxşı təsvir rejissoru
"Qızıl Nar" mükafatı, diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu
Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.
FilmFreeway ilə müraciət etYerli müsabiqə — Qısametrajlı film
-
01
Festivalın Yerli müsabiqə bölməsində Azərbaycan istehsalı olan qısa filmlər iştirak edə bilər.
-
02
Yerli film müsabiqəsinə təqdim olunan film Beynəlxalq müsabiqəyə təqdim oluna bilməz.
-
03
Müsabiqəyə qısametrajlı bədii, sənədli, animasiya filmləri və sosial çarxlar da qəbul olunur.
-
04
"Ən yaxşı tələbə filmi" nominasiyası uğrunda tələbə filmləri yarışacaq. Bu nominasiyaya film təqdim edən tələbələr qeydiyyat blankında "Ən yaxşı tələbə filmi nominasiyası" bəndinin qarşısında "bəli" düyməsini seçməlidirlər. Filminin tələbə filmləri ilə deyil, müsabiqənin digər filmləri ilə yarışmasını istəyən tələbələr isə həmin bəndin "xeyr" düyməsini seçməlidirlər.
-
05
Hər bir müəllif öz filmini festivalın saytı www.filmfestival.az üzərindən göndərə bilər.
-
06
Təqdim olunan filmlər 2023–2025-ci illərdə istehsal olunmalıdır.
-
07
Filmlərin müddəti 30 dəqiqədən çox olmamalıdır.
-
08
Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir.
-
09
Müsabiqəyə qatılacaq filmlərin siyahısı 10 noyabr 2025-ci ildə saytımızda yerləşdiriləcək.
-
10
Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər.
-
11
Müsabiqədə filmləri yerli münsiflər heyəti qiymətləndirəcək.
-
12
Festivalın qaliblərinə "Qızıl Nar", xüsusi mükafat, diplom verilir.
Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək
Ən yaxşı bədii film
"Qızıl Nar", diplom
Ən yaxşı sənədli film
"Qızıl Nar", diplom
Ən yaxşı animasiya filmi
"Qızıl Nar", diplom
Ən yaxşı tələbə filmi
Xüsusi mükafat və diplom
Ən yaxşı rejissor
Xüsusi mükafat və diplom
Ən yaxşı ssenari
Xüsusi mükafat və diplom
Ən yaxşı prodüser
Azərbaycan Prodüserlər Gildiyasının xüsusi mükafatı
Münsiflər heyətinin xüsusi mükafatı
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı
Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.
Yerli müsabiqəyə müraciət et