Axtarış

Qaydalar

İştirak Qaydaları

Bakı Beynəlxalq Film Festivalının müsabiqə bölmələri üzrə iştirak şərtləri və nominasiyalar.

Beynəlxalq müsabiqə — Tammetrajlı debüt filmi

Son qəbul tarixi: 01 avqust 2025-ci il
  1. 01

    Festivalın Beynəlxalq müsabiqə bölməsində xarici ölkələrin və Azərbaycan Respublikasının vətəndaşı olan rejissorlar iştirak edə bilər.

  2. 02

    Müsabiqəyə bədii tammetrajlı debüt filmlər (birinci və yaxud ikinci film) qəbul olunur.

  3. 03

    Hər bir müəllif öz filmini www.filmfreeway.com platforması üzərindən göndərə bilər.

  4. 04

    Təqdim olunan filmlər 2024–2025-ci illərdə istehsal olunmalıdır.

  5. 05

    Filmlərin müddəti 52 dəqiqədən az olmamalıdır.

  6. 06

    Filmlər ingilis dilində subtitrlə göndərilməlidir. Bundan əlavə hər bir filmin dialoq və mətni ingilis dilində yazılı formatda təqdim olunmalıdır.

  7. 07

    Filmlər Təşkilat Komitəsinin təyin etdiyi Seçim Komissiyası tərəfindən baxılaraq müsabiqə proqramına daxil edilir.

  8. 08

    Müsabiqəyə qatılacaq filmlərin siyahısı 10 noyabr 2025-ci ildə saytımızda yerləşdiriləcək.

  9. 09

    Festival proqramındakı filmlər ancaq festivala aid qeyri-kommersiya xarakterli təqdimatlarda nümayiş etdirilə bilər.

  10. 10

    Müsabiqədə filmləri beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

  11. 11

    Festivalın qaliblərinə "Qızıl Nar", xüsusi mükafat və diplom verilir.

Müsabiqə qalibləri bu nominasiyalar üzrə seçiləcək

Ən yaxşı film

"Qızıl Nar" mükafatı, diplom

Ən yaxşı rejissor

"Qızıl Nar" mükafatı, diplom

Ən yaxşı ssenari

"Qızıl Nar" mükafatı, diplom

Ən yaxşı təsvir rejissoru

"Qızıl Nar" mükafatı, diplom

Münsiflər heyətinin xüsusi mükafatı

Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu

Mükafatlar Festivalın bağlanış mərasimində təqdim ediləcək.

FilmFreeway ilə müraciət et