Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Bakı Beynəlxalq Film Festivalı əvvəlki illərdə START BQFF adı ilə fəaliyyət göstərib.
Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Bakı Beynəlxalq Film Festivalı əvvəlki illərdə START BQFF adı ilə fəaliyyət göstərib.
Bakı BFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa və tammetrajlı debüt filmlərə marağın artırılması, yerli kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə birləşdirir.
Bakı BFF bu illər ərzində Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.
Festivalda dünyada və ölkəmizdə baş verən mədəni, siyasi, sosial hadisələri və müxtəlif xarakterləri özündə birləşdirən rəngarəng filmləri nümayiş etdirməkdən qürur duyuruq.
Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir. Artıq BBFF onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş yeridir.
Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də altı gün ərzində tamaşaçılara təqdim edirik.
Ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa və tammetrajlı debüt filmlərə marağın artırılması festivalın əsas məqsədlərindəndir.
Yerli kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstək festivalın fəaliyyətinin ayrılmaz hissəsidir.
Hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini altı gün ərzində tamaşaçılara təqdim edirik.
Dünyada və ölkəmizdə baş verən mədəni, siyasi, sosial hadisələri özündə birləşdirən rəngarəng filmləri nümayiş etdiririk.
Qısametrajlı, tammetrajlı və sənədli filmlər üçün müraciətlər açıqdır.
Filmin qəbuluFestivalı mümkün edən mədəniyyət qurumları, brendlər və təşkilatlar şəbəkəsinə qoşulun.
Üstünlükləri öyrəninJurnalistlər və kontent yaradıcıları üçün akkreditasiya, press-kit və media resursları.
Mətbuat bölməsi