Axtarış
Populyar:
Proqram
Münsiflər heyəti
Filmin qəbulu
Son xəbərlər
Festival
Proqram
Jüri
Xəbərlər
Tərəfdaşlar
Qaydalar
Film Göndər
Mediya
Foto qalereya
Video qalereya
Arxiv
Əlaqə
AZ
/
EN
Festival
Haqqımızda
Heyət
Qaydalar
Proqram
Jüri
Xəbərlər
Tərəfdaşlar
Qaydalar
Film Göndər
Mediya
Foto qalereya
Video qalereya
Arxiv
Əlaqə
AZ
AZ
EN
Ana səhifə
Yerli müsabiqə
Yerli müsabiqə
Film Göndər
Filmin adı
(Required)
Orijinal adı
İngilis dilində adı
Ölkə
(Required)
Rejissor
(Required)
Tələbə filmi
Mən tələbəyəm
Ssenari müəllifi
(Required)
Rejissor haqqında
(Required)
Buraxılış ili
(Required)
Xronometraj
(Required)
Sinopsis
(Required)
Filmin linki
(Required)
Filmə giriş üçün parol
Filmin treyler linki (varsa)
Email
(Required)
Əlaqə nömrəsi
(Required)
Rejissorun şəkli
Drop files here or
Select files
Max. file size: 50 MB, Max. files: 3.
Filmdən şəkillər
Drop files here or
Select files
Max. file size: 50 MB, Max. files: 6.
Müsabiqənin şərtləri və qaydaları
(Required)
İştirak şərtləri və qaydaları
1. Ümumi müddəalar
1.1. Yerli müsabiqə Bakı Beynəlxalq Film Festivalının müsabiqə proqramının bir hissəsidir.
1.2. Müsabiqənin məqsədi Azərbaycan kinematoqrafiyasının inkişafına dəstək göstərmək, yerli rejissorların yeni əsərlərini təqdim etmək, tələbə və gənc kino müəlliflərinin peşəkar mühitə inteqrasiyasını təşviq etməkdir.
1.3. Müsabiqədə iştirak etmək üçün müraciət yalnız Festivalın rəsmi saytında yerləşdirilmiş elektron müraciət forması vasitəsilə təqdim edilməlidir.
1.4. Müraciətin təqdim edilməsi iştirakçının bu şərtləri tam şəkildə oxuduğunu, anladığını və qeyd-şərtsiz qəbul etdiyini təsdiq edir.
2. Müsabiqə bölmələri
Yerli müsabiqə aşağıdakı bölmələrdən ibarətdir:
2.1. Yerli qısametrajlı film müsabiqəsi
Azərbaycanlı rejissorların peşəkar və müstəqil şəkildə hazırladıqları qısametrajlı filmlər üçün.
2.2. Yerli tələbə filmi müsabiqəsi
Film istehsalı zamanı ali, orta ixtisas, peşə, kino və ya incəsənət təhsili müəssisəsində təhsil alan azərbaycanlı tələbələrin hazırladıqları filmlər üçün.
Bir film eyni festival buraxılışı çərçivəsində yalnız bir müsabiqə bölməsinə təqdim edilə bilər.
3. İştirak hüququ
3.1. Yerli qısametrajlı film müsabiqəsi
Filmin rejissorlarından ən azı biri Azərbaycan Respublikasının vətəndaşı olmalı və müraciətdə əsas rejissor kimi göstərilməlidir.
Rejissorun hazırda Azərbaycanda və ya xaricdə yaşaması iştirak hüququna təsir etmir.
3.2. Yerli tələbə filmi müsabiqəsi
Tələbə filmi aşağıdakı tələblərə cavab verməlidir:
əsas rejissor Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
film rejissorun təhsil aldığı dövrdə hazırlanmalıdır;
film tədris tapşırığı, diplom işi, kurs işi və ya tələbənin müstəqil layihəsi kimi istehsal oluna bilər;
müraciət edən şəxs tələbə statusunu təsdiqləyən sənəd təqdim etməlidir.
Rejissor müraciət tarixində artıq məzun olubsa, filmin onun təhsil aldığı dövrdə hazırlandığını təsdiqləyən sənəd təqdim edilməlidir.
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə yerləşən tanınmış təhsil müəssisələrində hazırladıqları tələbə filmləri də müsabiqəyə təqdim edilə bilər.
3.3. Yetkinlik yaşına çatmayan iştirakçılar
Müraciət edən rejissor 18 yaşına çatmayıbsa, müraciətə valideynin və ya qanuni nümayəndənin yazılı razılığı əlavə edilməlidir.
4. Filmlərə dair əsas tələblər
4.1. Filmin ümumi müddəti başlanğıc və son titrlər daxil olmaqla 30 dəqiqədən çox olmamalıdır.
4.2. Aşağıdakı film növləri qəbul edilir:
bədii film;
sənədli film;
animasiya;
eksperimental film;
hibrid və qarışıq formalı ekran əsərləri.
4.3. Film Festivalın keçirildiyi tarixdən əvvəlki 24 ay ərzində tamamlanmış olmalıdır.
4.4. Yalnız tamamlanmış filmlər qəbul edilir. İşçi versiyalar yalnız Festivalın proqram komandası ilə əvvəlcədən yazılı razılaşdırıldığı halda nəzərdən keçirilə bilər.
4.5. Filmin başqa festivallarda nümayiş olunması, mükafat qazanması və ya internet platformalarında yayımlanması onun Yerli müsabiqədə iştirakına mane olmur. Yerli və ya dünya premyerası tələbi yoxdur.
4.6. Festivalın əvvəlki buraxılışının rəsmi proqramına seçilmiş film yenidən müsabiqəyə təqdim edilə bilməz.
4.7. Daha əvvəl təqdim edilmiş, lakin seçilməmiş film yalnız əhəmiyyətli şəkildə yenilənmiş versiyada təkrar təqdim edilə bilər. Festival yenilənmənin xarakteri barədə əlavə məlumat tələb edə bilər.
4.8. Serial epizodları, reklam çarxları, korporativ təqdimatlar, musiqi klipləri və yalnız məhsul və ya xidmət tanıtmaq məqsədi daşıyan materiallar müsabiqəyə qəbul edilmir. Proqram baxımından müstəqil ekran əsəri hesab edilən layihələr barədə yekun qərarı Festival verir.
4.9. Bir rejissor və ya yaradıcı komanda bir neçə film təqdim edə bilər. Hər film üçün ayrıca müraciət forması doldurulmalıdır.
5. Dil və subtitr tələbləri
5.1. Filmlər istənilən dildə təqdim edilə bilər.
5.2. Azərbaycan dilində olan filmlər ingilis dilində subtitrlərlə təqdim edilməlidir.
5.3. Azərbaycan dilindən başqa dildə olan filmlər həm Azərbaycan, həm də ingilis dilində subtitrlərlə təqdim edilməlidir.
5.4. Dialoq olmayan filmlər üçün subtitr tələb edilmir.
5.5. Subtitrlər düzgün tərcümə edilməli, oxunaqlı və filmin səsi ilə sinxronlaşdırılmış olmalıdır.
5.6. Seçilmiş filmlər üçün Festival ayrıca .srt formatında Azərbaycan və ingilis subtitr fayllarının təqdim edilməsini tələb edə bilər.
5.7. Subtitrlərin hazırlanması, tərcüməsi və düzgünlüyünə görə müraciət edən şəxs məsuliyyət daşıyır.
6. Müraciətin təqdim edilməsi
6.1. Müraciət Festivalın rəsmi saytında elan edilən son tarixədək təqdim edilməlidir.
6.2. Gecikmiş, natamam və ya texniki cəhətdən açılmayan müraciətlər nəzərdən keçirilməyə bilər.
6.3. Müraciət forması, bir qayda olaraq, aşağıdakı məlumat və materialları əhatə etməlidir:
filmin adı;
filmin orijinal və ingilis dilində adı;
istehsal ili və ölkəsi;
filmin müddəti;
janr və film növü;
qısa və geniş sinopsis;
rejissorun adı, soyadı və əlaqə məlumatları;
rejissorun qısa bioqrafiyası;
yaradıcı və texniki heyətin siyahısı;
filmin nümayiş və yayım tarixçəsi;
filmin onlayn baxış linki və zəruri olduqda şifrəsi;
ən azı iki yüksəkkeyfiyyətli film kadrı;
rejissorun portret fotosu;
film posteri — mövcud olduğu halda;
tələbə filmləri üçün tələbə statusunu təsdiqləyən sənəd;
filmdə generativ süni intellekt vasitələrindən istifadə barədə məlumat;
müəlliflik və nümayiş hüquqlarına dair təsdiq.
6.4. Baxış linki Festival tərəfindən seçim nəticələri elan olunanadək aktiv qalmalıdır.
6.5. Filmin ilkin baxış faylında reklam, əlavə loqo, vaxt kodu və ya baxışı çətinləşdirən su nişanı olmamalıdır.
6.6. Müraciətdə təqdim edilən məlumatların düzgünlüyünə görə müraciət edən şəxs məsuliyyət daşıyır.
7. Süni intellektdən istifadə
7.1. Filmin ssenarisinin, təsvirlərinin, animasiyasının, səslərinin, musiqisinin, aktyor görüntülərinin və ya digər mühüm elementlərinin yaradılmasında generativ süni intellektdən istifadə edilibsə, bu barədə müraciət formasında məlumat verilməlidir.
7.2. Süni intellekt vasitəsilə yaradılmış və ya dəyişdirilmiş insan üzü, səsi və ya performansından istifadə zamanı müvafiq şəxslərin razılığı və bütün hüquqi icazələr təmin edilməlidir.
7.3. Süni intellektdən istifadə filmin avtomatik olaraq müsabiqədən kənarlaşdırılması demək deyil. Bunun gizlədilməsi, yanlış təqdim edilməsi və ya üçüncü şəxslərin hüquqlarını pozması diskvalifikasiya üçün əsas ola bilər.
8. Seçim prosesi
8.1. Bütün uyğun müraciətlər Festivalın proqram və seçim komandası tərəfindən nəzərdən keçirilir.
8.2. Festival filmin proqramın konsepsiyasına, bədii keyfiyyətinə, mövzusuna, texniki səviyyəsinə və ümumi proqram balansına uyğunluğunu qiymətləndirir.
8.3. Festival bütün müraciət edənlərə fərdi rəy və ya seçilməmə səbəbinə dair izahat təqdim etməyə borclu deyil.
8.4. Seçilmiş filmlərin nümayəndələrinə müraciət formasında göstərilmiş elektron poçt ünvanı vasitəsilə məlumat verilir.
8.5. Seçim təsdiqləndikdən sonra Festival filmin adını, rejissorun adını, sinopsisini, kadrlarını və digər təqdim edilmiş məlumatları rəsmi proqramda dərc edə bilər.
8.6. Festival proqramın ümumi strukturuna uyğun olaraq filmi müsabiqədənkənar və ya xüsusi proqramda nümayiş etdirməyi təklif edə bilər. Belə dəyişiklik müraciət edən şəxsin razılığı ilə həyata keçirilir.
8.7. Seçim komandasının qərarı yekundur.
9. Seçilmiş filmlərin təqdim edilməsi
9.1. Seçilmiş filmin nümayiş nüsxəsi Festival tərəfindən göstərilən son tarixədək təqdim edilməlidir.
9.2. Üstünlük verilən nümayiş formatı DCP-dir. Festivalın texniki imkanlarından asılı olaraq Apple ProRes 422, H.264 və digər yüksəkkeyfiyyətli rəqəmsal formatlar qəbul edilə bilər.
9.3. Festival seçilmiş filmin texniki yoxlanılması üçün əlavə fayl, subtitr, dialoq siyahısı və ya alternativ nümayiş nüsxəsi tələb edə bilər.
9.4. Tələb olunan texniki materialların vaxtında təqdim edilməməsi filmin proqramdan çıxarılmasına səbəb ola bilər.
9.5. Müraciət edən şəxs təqdim etdiyi faylların təhlükəsiz, zərərli proqramlardan azad və texniki baxımdan işlək olmasını təmin etməlidir.
9.6. Festival nümayiş proqramının tarixini, saatını, zalını və filmin proqram daxilindəki ardıcıllığını müəyyən etmək hüququna malikdir.
9.7. Festival başqa cür yazılı razılaşma olmadığı halda, müsabiqəyə seçilmiş filmlər üçün ayrıca nümayiş haqqı ödəmir.
10. Müəlliflik və digər hüquqlar
10.1. Müraciət edən şəxs filmin Festivalda təqdim edilməsi və nümayişi üçün lazımi səlahiyyətə malik olduğunu təsdiqləyir.
10.2. Müraciət edən şəxs aşağıdakılar daxil olmaqla bütün zəruri hüquq və icazələri əvvəlcədən əldə etməlidir:
ssenari və mətn hüquqları;
musiqi və səs yazılarından istifadə hüquqları;
arxiv görüntüləri və fotoşəkillər;
aktyor və iştirakçı razılıqları;
məkan və təsvir icazələri;
qrafika, animasiya və digər vizual materiallar;
müəlliflik, əlaqəli və şəxsi məlumat hüquqları.
10.3. Film üçüncü şəxslərin müəlliflik, şəxsi həyat, təsvir, ticarət nişanı və digər qanuni hüquqlarını pozmamalıdır.
10.4. Filmə dair hüquqi tələb və ya mübahisə yarandıqda Festival müraciət edən şəxsdən hüquqları təsdiqləyən sənədləri tələb edə bilər.
10.5. Üçüncü şəxslərin hüquqlarının pozulması nəticəsində yaranan iddia və tələblərə görə məsuliyyəti müraciət edən şəxs daşıyır.
10.6. Filmin Festivalda iştirakı onun müəlliflik və mülkiyyət hüquqlarının Festivala verilməsi demək deyil.
11. Filmin nümayişinə verilən icazə
11.1. Film seçildiyi halda, müraciət edən şəxs Festivala filmin rəsmi festival proqramı çərçivəsində qeyri-eksklüziv nümayiş hüququ verir.
11.2. Festival seçilmiş filmi festival müddətində kinoteatr və digər rəsmi festival məkanlarında nümayiş etdirə bilər.
11.3. Filmin onlayn nümayişi, ödənişli platformada yerləşdirilməsi, festivaldan sonrakı tur proqramına daxil edilməsi və ya üçüncü tərəfə təqdim edilməsi yalnız hüquq sahibi ilə ayrıca razılaşdırılmalıdır.
11.4. Onlayn nümayiş üçün ayrıca razılıq alındıqda Festival coğrafi məhdudiyyət, vaxt məhdudiyyəti və təhlükəsizlik tədbirləri tətbiq edə bilər.
12. Tanıtım materiallarından istifadə
12.1. Müraciət edən şəxs Festivalın aşağıdakı materiallardan tədbirin və seçilmiş filmin tanıdılması məqsədilə istifadə etməsinə icazə verir:
filmin adı və sinopsisi;
rejissorun adı və bioqrafiyası;
film kadrları və poster;
treyler;
yaradıcı heyət haqqında məlumat;
filmdən qısa video və audio parçalar.
12.2. Festival tanıtım məqsədilə filmin ümumi müddətinin 10 faizindən və eyni zamanda 60 saniyədən çox olmayan hissəsindən istifadə edə bilər.
12.3. Bu materiallar Festivalın saytında, sosial media hesablarında, mətbuat materiallarında, televiziya süjetlərində, proqram kataloqunda və digər reklam vasitələrində istifadə oluna bilər.
12.4. Tanıtım materiallarından istifadə filmin tam versiyasının ictimai yayımlanması hüququ vermir.
13. Filmin geri götürülməsi
13.1. Film seçim nəticələri elan edilməzdən əvvəl müraciət edən şəxsin yazılı müraciəti əsasında geri götürülə bilər.
13.2. Filmin seçildiyi yazılı şəkildə təsdiqləndikdən və rəsmi proqram elan olunduqdan sonra film yalnız əsaslandırılmış fövqəladə səbəblər olduqda və Festivalın razılığı ilə geri götürülə bilər.
13.3. Filmin yayım və ya distribusiya müqaviləsi bağlanarkən onun Festivalda təsdiqlənmiş nümayiş öhdəliyi nəzərə alınmalıdır.
14. Diskvalifikasiya
Festival aşağıdakı hallarda filmi seçim prosesindən və ya proqramdan çıxarmaq hüququna malikdir:
müraciətdə yanlış və ya yanıltıcı məlumat verildikdə;
film müəyyən edilmiş müddət, vətəndaşlıq və ya tələbə statusu tələblərinə uyğun olmadıqda;
müəlliflik və nümayiş hüquqları təmin edilmədikdə;
tələb olunan subtitr və texniki materiallar vaxtında təqdim edilmədikdə;
baxış və ya nümayiş faylı işləmədikdə;
film Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda;
filmlə bağlı əsaslı hüquqi mübahisə yarandıqda;
seçilmiş film Festivalın yazılı razılığı olmadan geri götürüldükdə;
Festivalın, iştirakçıların və ya tamaşaçıların təhlükəsizliyinə ciddi risk yarandıqda.
Festival mümkün olduğu hallarda diskvalifikasiyadan əvvəl iştirakçıdan əlavə məlumat və ya çatışmazlığın aradan qaldırılmasını tələb edə bilər.
15. Münsiflər heyəti və mükafatlar
15.1. Müsabiqə filmləri Festival tərəfindən təyin edilən müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilir.
15.2. Münsiflər filmləri, bir qayda olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndirirlər:
rejissor yanaşması;
ideyanın və mövzunun işlənməsi;
ssenari və dramaturgiya;
vizual və səs həlli;
orijinallıq;
texniki və bədii bütövlük;
filmin emosional və mədəni təsiri.
15.3. Film və ya onun yaradıcı heyəti ilə şəxsi, peşəkar və ya maliyyə əlaqəsi olan münsif həmin film üzrə müzakirə və səsvermədə iştirak etməməlidir.
15.4. Mükafatların adları, sayı və tərkibi Festival tərəfindən ayrıca elan edilir.
15.5. Münsiflər heyəti xüsusi qeyd təqdim edə, əsaslandırılmış halda hər hansı mükafatı verməyə və ya verməməyə qərar verə bilər.
15.6. Münsiflər heyətinin qərarı yekundur və yenidən baxılmır.
16. Şəxsi məlumatların işlənməsi
16.1. Müraciət zamanı təqdim edilən şəxsi məlumatlar müraciətin idarə edilməsi, iştirakçı ilə əlaqə saxlanılması, proqramın hazırlanması və Festivalın təşkili məqsədilə istifadə olunur.
16.2. Festival seçilməyən filmlərin məxfi baxış linklərini ictimaiyyətlə paylaşmır.
16.3. Seçilmiş filmlərə aid ad, bioqrafiya, foto, sinopsis və digər peşəkar məlumatlar Festivalın proqramında və kommunikasiya materiallarında dərc edilə bilər.
16.4. Şəxsi məlumatlar qanunvericiliyin tələb etdiyi hallar istisna olmaqla, Festivalın fəaliyyəti ilə əlaqəsi olmayan məqsədlər üçün üçüncü tərəflərə ötürülmür.
17. Festival proqramında dəyişikliklər
17.1. Festival texniki problem, təhlükəsizlik məsələsi, təbii fəlakət, epidemiya, dövlət məhdudiyyəti, fors-major və ya Festivalın nəzarətindən kənar digər hallar səbəbindən:
tədbirin tarixini dəyişə;
nümayiş məkanını dəyişə;
proqramı qismən və ya tam şəkildə onlayn formata keçirə;
ayrı-ayrı nümayişləri ləğv edə;
Festivalı təxirə sala və ya ləğv edə bilər.
17.2. Festival belə hallarda iştirakçılara mümkün qədər əvvəlcədən məlumat verməyə çalışır.
17.3. Festival zəruri olduqda bu qaydalara dəyişiklik edə bilər. Əhəmiyyətli dəyişikliklər Festivalın rəsmi saytında dərc edilir.
18. Yekun müddəalar
18.1. Bu qaydalarda nəzərdə tutulmayan məsələlər barədə qərarı Festivalın təşkilat komitəsi qəbul edir.
18.2. Qaydaların müxtəlif dillərdəki versiyaları arasında uyğunsuzluq olduqda Azərbaycan dilindəki versiya əsas götürülür.
18.3. Bu qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şərh edilir.
18.4. Mübahisələr ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə həll edilməlidir. Razılıq əldə edilmədikdə mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır.
18.5. Festivalın rəsmi saytındakı elektron müraciət formasının göndərilməsi bu şərtlərin tam qəbul edilməsi hesab olunur.
Mən Yerli müsabiqənin iştirak şərtləri və qaydaları ilə tanış olduğumu, təqdim etdiyim məlumatların düzgünlüyünü və filmə dair zəruri hüquq və icazələrə malik olduğumu təsdiq edirəm.
Yerli müsabiqənin iştirak şərtləri və qaydaları ilə razıyam.